Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirus (COVİD-19) infeksiyasına yoluxub.
“Newpost.az” “Virtualaz.org”a istinadən xəbər verir ki, hazırda icra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.
Goranboy Rayon İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətlərini məsafədən həyata keçirirlər.