Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti dekabr ayının 24-dən etibarən Azərbaycanın 12 müəssisəsindən pomidor tədarükü üzrə müvəqqəti məhdudiyyətləri ləğv edir.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən qurumdan RBK-ya daxil olan məlumatda qeyd olunur.
Məlumata görə, bu müəssisələrin istehsal etdiyi məhsullarada zərərvericilər aşkar edilməmişdir.
“Məhdudiyyətlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məktubuna baxılma nəticələrinə əsasən və göstərilən xidmətin zəmanəti ilə ləğv edilir” – deyə qurumdan bildirilib.
Xatırladaq ki, Rosselxoznadzor dekabr ayının 10-dan etibarən Azərbaycanın pomidor və alma məhsullarında zərərvericilər aşkar edildiyi üçün sözügedən məhsulların idxalına qadağa qoyub. Eyni zamanda qeyd edək ki, dekabrın ortalarında Rosselxoznadzor ölkədəki beş müəssisədən pomidor idxalına icazə verib.