Ötən gün axşam saatlarında Bakıda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
“Newpost.az” xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdova bir müddət öncə koronavirus diaqnozu qoyulub. Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən Ş.Şahvələdov Bakıda xəstəxanalardan birində 47 yaşında vəfat edib.
Qeyd edək ki, Şəmsi Şahvələdov uzun müddət “BT” (“kupça idarəsi”) kimi tanınan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışıb.
“Newpost.az” xəbər portalının kollektivi adından Şəmsi müəllimə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!















































































































































