Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görünən odur ki, 30 ilə yaxındır kı münaqişənin nizamlanmasına cavabdeh olan dövlətlər və ATƏT hazırda Cənubi Qafqazda baş verənlər fonunda özünü təcridolunmuş hiss etməsin deyə regiona səfər etmək qərarını verib. Hər halda çox yaxşı oldu ki, görüş baş tutdu. Prezident İlham Əliyev çox açıq şəkildə masada onun qarşısında əyləşən diplomatları, Minsk qrupunu və diplomatların təmsil etdiyi dövlətləri tənqid etdi. Əmin ola bilərik ki, ermənipərəst mövqeyi ilə seçilən Kaspşiklə və həmsədr ölkələrin diplomatlarıyla bütün karyera tarixlərində indiyə qədər heç kim bu cür sərt tonda danışmamışdı, onlara siyasət və diplomatiya dərsi keçməmişdi.
Prezident diplomatlarla çox sərt danışdı. O, ilk cümləsində son görüşdən çox vaxt keçdiyini, qarşılıqlı dialoqun nə az, nə çox düz 1 il bundan əvvəl baş tutduğunu məqsədyönlü şəkildə bildirərək bu qurumu fəaliyyətsizlikdə ittiham edib. O bildirib ki,“bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. ”.Azərbaycan dövlət başçısı təbii ki, öz mülahizələrində tamamilə haqlıdır. Minsk qrupu diplomatlarının düz 1 ildən sonra Bakıya gələrək münaqişənin nizamlanmasına guya ki, töhfə vermək niyyətləri artıq Bakıda və ictimaiyyətimizdə ciddi ikrahla qarşılanmaqdadır. Təkcə son 1 il ərzində ermənilərin atəşkəsi müntəzəm olaraqAzərbaycan və Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində və Qarabağda pozması, iyul ayında Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi hücum,bir qədər sonra Goranboyda Ermənistan ordusunun hərbi diversiya cəhdi, müharibəyə qədərErmənistanın Qarabağaqeyri-qanuni olaraq Livan ermənilərini köçürməsi, işğal altındakı torpaqlarda açıq – aşkar şəkildə ASALA və PKK üzvlərinin yerləşdirilməsi, Ermənistan rəhbərliyinin və separatçıların“yeni müharibə – yeni ərazilər” xarici siyasət doktrinası, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və Şuşada yallı oynaması fonunda ağızlarına su alan Minsk qrupu bu proseslərdə hansı mövqeni sərgilərdi? Bütün bu təxribatlar fonunda mövqesizlik və səssizlik nümayiş etdirən Minsk qrupu indi hansı haqla Bakıya gələrək Qarabağla bağlı bizə yol göstərmək istəyir?