İnsanlarda istedad hələ uşaq yaşlarından özünü biruzə verməyə başlayır. Belə uşaqları öz həmyaşıdlarından fərqləndirən başlıca amil onların uğur və qələbəyə daha çox meyl etmələridir. Həmin uşaqlar hələ erkən yaşlarından konkret məqsədlərini müəyyyən edir və öz xəyallarını gerçəkləşdirmək üçün həvəsli və çalışqan olurlar.
Bugün belə istedadlı uşaqlardan biri İnci Nurlanqızı haqqında oxucularımıza məlumat vermək istərdik. İnci hələ lap kiçik yaşlarından öz zəkası ilə hər kəsi heyrətləndirib, həmyaşıdlarından seçilib, təhsildə yüksək nailiyyətlər əldə edib. Bugün onun 8 yaşı var və artıq qarşısına konkret məqsəd olaraq gələcəkdə həkim olacağını qoymuşdur. İncinin ən böyük qabiliyyətlərindən biri də özünü dərk etdiyi gündən bir-birindən maraqlı rəsm əsərləri çəkməsidir. Onun çəkdiyi rəsm əsərləri arasında bir əsər var ki, həmin əsər öz möcüzə dolu möhtəşəmliyi ilə digərlərindən çox fərqlənir. Belə ki, cari ilin 8 sentyabr tarixində ərsəyə gətirdiyi həmin rəsm əsərində o, Qarabağı təsvir etmiş və əsərdə Qarabağ atı, Şuşa qalası üzərində üç rəngli bayrağımızın dalğalanması öz əksini tapmış, əsərin adını da “Qarabağ Azərbaycandır!” adlandırmışdır. Əsərin möcüzə dolu möhtəşəmliyi də məzh 2 ay sonra 8 noyabr tarixində Şuşanın Şanlı Ordumuz tərəfindən işğaldan azad edilməsi və 30 illik həsrətə son qoyularaq zəfərin əldə olunması ilə bağlı arzusunun reallaşmasıdır.
“Newpost.az” xəbər portalı olaraq İnciyə gələcək həyatında uğurlar arzulayırıq!















































































































































