Biz Vətən Müharibəsini Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi nəticəsində əldə etdik. Sözsüz bu qalibiyyətdə ən böyük pay sahibləri məhz igid oğullarımızdır. O oğullar ki, 44 günlük qısa zaman kəsiyində düşməni diz çükdürərək bu möhtəşəm qələbə sevincini bizlərə bəxş etdilər. Düzdür bu 44 gün ərzində həm kövrəldik, həm də sevindik. Kövrəldik ona görə ki, 2 783 hərbiçimiz şəhid oldu, sevindik ona görə ki, uzun müddətdir düşmən işğalı altında olan doğma torpaqlarımızı geri qaytardıq.
Bugün, həmin igid oğullarımızdan biri, hazırda da ön cəbhədə olan Şəmkir rayonunun Düyərli kəndində, kasıb, zəhmətkeş bir ailədə doğulub boya-başa çatan əsgər Şükürzadə Aqşin Elsevər oğlu barədə oxucularımıza məlumat vermək istərdik. Aqşin Şükürzadə o əsgərlərdəndir ki, Vətən Müharibəsi başladığı ilk gündən könüllü olaraq cəbhəyə yollanıb və Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, eləcə də Qubadlı istiqamətində gedən gərgin döyüşlərdə böyük şücaət və igidlik göstərib. O, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edib.


Eyni zamanda Aqşin Şükürzadə, 2016-cı ilin aprel döyüşlərinin də fəal iştirakçısı olub. Hazırda valideynləri və onu sevənlər böyük səbrsizliklə müzəffər əsgərimizin yolunu gözləyirlər. Qəhrəmanımızla fəxr edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycan xalqını və ordumuzu qorusun!















































































































































