Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Newpost.az”ın Qərb regionu üzrə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz S 600” markalı avtomobillə “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hazırda xəsarət almış şəxsə təcili tibbi yardım göstərilir.