Məşhur amerikalı aktyor, rejissor və ssenarist Çak Norris Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə bağlı videomüraciət hazırlayıb.
“Newpost.az” Kult.az-a istinadən xəbər verir ki, aktyor videomüraciəti sosial şəbəkələrdəki hesabında paylaşıb.
“Qarabağ, sən indi əsl ailənlə birlikdə xoşbəxtsən!
Həmişə təhlükəsizlikdə olmağı və hər şeyin ən yaxşısını arzu edirəm!” – deyə Çak Norris qeyd edib.