Əsəd çox xeyirxah, vətənpərvər bir uşaq idi. Övladım haqqında danışmaq çox ağırdır. Savadlı idi, orta məktəbi əlaçı kimi bitirib. Müəllimlərinin sevimlisi idi. Onunla mənim məhəbbətim ana- övlad məhəbbəti deyildi, bir başqa sevgi idi. Ona görə Allah onu məndən çox tez aldı. Məni həmişə ucalardan uca yaşadacağını söyləyirdi. Mən onun evdən gedişini hiss elədim, dedim ki bu gediş normal gediş deyil. İstəyərdim ki, bundan da gözəl sözləri oğlumun toy mərasimində deyəm”.
M. Əsədov oğlunun cəbhəyə yollanmasından da söhbət açıb :”Bilirsiniz ki, Tovuz hadisələrində ermənilər atəşkəsi pozdu, generalımız şəhid oldu. O zaman bizdən xəbərsiz könüllü olaraq gedib yazılıb. 29 sentyabrda da Səfərbərlik Xidmətindən zəng edib müharibəyə çağırdılar. Gəlib hamımızla sağollaşıb getdi. Açığı dilə tutmaq istədik ki, getməsin, anası onkoloji xəstədir. Ancaq bütün hər şeyə rəğmən qərarını vermişdi. Şəmkirdə könüllülərdən ibarət dəstə yaratdılar. Təlimlər keçirdilər.
Bir qazi yoldaşı da deyir ki, iki yoldaş snayperə tuş gəliblər. Əsəd əvvəl deyib ki o keçsin arxanca özü gəlsin. Sonra deyib ki yox dayan, keçərsən birdən səni vurarlar. Qoy arxanca gəlim, sən birinci keç. Sonra nə o, nə də yoldaşı keçəsi olublar. İkisi də qol qola girib sağ sol yayına-yayına qaçıblar. Bu minvalla snayper gülləsi də torpaqdan dəyib. Bir döyüşdə silah- sursatları bitib. Əsəd keçib ermənilərin silah-sursatını götürüb onların silahıyla vuruşub. Erməninin bir tankını partladıb. Döyüşlərdə hərtərəfli şücaət göstərib. 20 nəfər çöldə soyuqdan donmuş vəziyyətdə qalıb. Yorğan-döşəkləri də məntəqədə imiş. Heç kim yorğan-döşəkləri çıxarmağa ürək etməyib. Əsəd gedib gətirib, axırda öz puşlatını da çıxarıb dostuna verib. Deyib ki, o üşüyən deyil. Əslində isə mənim qardaşım çox üşüyəndi. Siqaret tapıb blok-blok gətirib hamıya paylayardı. Axırda özü döyüş yoldaşı Vəlizadə Hüseyndən siqaret istəyərmiş. Könüllü olaraq da ən orta ağır hissədə döyüşməyi seçib. Son günə qədər döyüşüb. O döyüşdə elə bir şeylər edib ki, fəxrimizə çevrilib. Düzdür, həsrəti adamı yandırıb yaxır. Zəng vurammırsan, səsini eşidə bilmirsən. Ancaq şəhadət elə məqamdır ki, onun varlığını daim hiss edirəm”.Materiallardan istifadə zamanı "newpost.az" portalına istinad zəruridir.