19 güllə yarası ilə Şəhidlik zirvəsinə ucalan Yüksəl – 05 iyun 1996-cı ildə prokuror İlqar Əliyevin ailəsində dünyaya göz açmışdır.
Əvvəlcə Gəncə İnzibati-İqtisad Məhkəməsində çalışmış, daha sonra əmək fəaliyyətini Gəncə şəhər Prokurorluğunda davam etdirmişdir. Gəncə şəhər Prokurorluğunun əməkdaşı olan Yüksəl İlqar oğlu Əlizadə 2-ci Qarabağ müharibəsi başladığı ilk gündən könüllü olaraq ön cəbhəyə yollanmışdır.
Döyüşlərdə dəfələrlə yaralı, şəhid yoldaşlarını kürəyində sürünə-sürünə 2-6 km məsafədə geri qaytarmış və yenidən ön cəbhəyə geri dönmüş igidimiz – sonuncu dəfə 8 noyabr tarixində ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrikləşib daha sonra 11 gün xəbər alınmamışdır. 19 noyabr 2020-ci il tarixində şəhid xəbəri gəlmiş, 20 noyabr 2020-ci il tarixində dəfn olunmuşdur.
Xatırladaq ki, Yüksəl Əlizadə 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
















































































































































