Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olmuşdur.
“Newpost.az” Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaqdır.