Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.
Nazirlikdən verilən məlumata görə, bu münasibətlə təşkil olunan onlayn iclasda qurumun Baş direktoru Emin Əfəndiyev çıxış edib.
Baş direktor “Azərpoçt”un dünyanın 80-ə yaxın ölkəsi ilə birbaşa beynəlxalq poçt mübadiləsi həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü konfrans iştirakçılarının nəzərinə çatdırıb.
-
Əfəndiyev vurğulayıb ki, COVID-19 pandemiyası dövründə “Azərpoçt” MMC beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.















































































































































