Ermənistan ərazisindən Rusiyanın sülhməramlı missiya çərçivəsində Qarabağa yola düşən hərbi personalının və zirehli texnikalarının daha bir kolonu yola düşüb.
“Newpost.az” xəbər verir ki, Rusiyadan gələn təyyarələrdən biri Zvartnots beynəlxalq hava limanına, digəri isə Erebuni hava limanına eniş edib.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.
VİDEO















































































































































