Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tam hərəkət qadağası tətbiq edilib.
İyunun 14-dən 16-dək insanlara küçəyə çıxmaq qadağan edilib, nəqliyyat və mağazaların fəaliyyəti dayandırılıb. Bu tədbirlər Azərbaycanda koronavirusa yoluxma sürətinin azaldılması məqsədilə həyata keçirilir.
“Newpost.az”ın elektron ünvanına daxil olan və şəhərin müxtəlif ərazilərindən lentə alınmış fotoşəkilləri sizlərlə paylaşmaq istədik.

















































































































































