Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə atılan raket nəticəsində həlak olan videooperator Ehtiram İsmayılovun ailəsi, yaxınları onunla bağlı xatirələrini danışıblar.
Sən demə Ehtiram könüllü olaraq orduya yazılıbmış. Anası Tamam Baxışəliyeva bu barədə danışıb
Videooperator sənətinə gənc yaşlarında yiyələnən Ehtiram İsmayılov el-obanın toy məclislərində iştirak edib.
Atası Xəlil Baxışəliyevin sözlərinə görə, oğlu doğulduğu Bərdənin Qarayusifli kəndi ilə yanaşı rayonda da hörmət sahibi olub.
O qeyd edir ki, hadisə zamanı – Ehtiram İsmayılovun həyat yoldaşı Aytən və qızı Aysu da ağır yaralanıb. Bu il kollecə qəbul olan Aysu atasının ölümündən hələ də xəbərsizdir.















































































































































