“Biz muxtar rayon məsələsini indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız”.
“Newpost.az” xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağın muxtariyyət məsələsinə münasibət bildirərkən səsləndirib.