Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranmışdı.
Buna səbəb Bakı, Sumqayıt və Abşeron sakinlərinin tətbiq olunacaq sərt karantin günləri ilə əlaqədar bu qaydanın keçərli olmadığı digər bölgələrə üz tutması idi.
“Newpost.az”ın məlumatına görə, sərt karantin rejimi ilə əlaqədar yollarda yaranan tıxac səbəbindən sürücülər alternativ yoldan istifadə ediblər. Onlar torpaq yolla Bakıdan çıxıblar.