Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub.
“Newpost.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
O bildirib ki, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: “Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.