ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir.
“Newpost.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb.
“Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, – deyə ABŞ Prezidenti qeyd edib.
Eyni zamanda D.Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.