Özünümüdafiə hüququ
Beynəlxalq hüquqa əsasən xarici dövlətin silahlı qüvvələrinin təcavüz, hücum, işğal və ya bombardman şəklində olmasından asılı olmayaraq, hər hansı bir silahlı hücum baş verdikdə özünümüdafiə hüququ dərhal və hamı üçün qüvvəyə minir. BMT Nizamnaməsinin məlum 51-ci maddəsi BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir:
“Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.

Qeyd olunmalıdır ki, ilk silahlı hücumdan sonra təcavüzə məruz qalmış dövlət tərəfindən həmin silahlı hücuma cavab olaraq atılan bütün addımlar, məhz özünümüdafiə hüququn ümumi əhatə dairəsinə daxil olur.
27 ilə yaxındır ki, Azərbaycan Respublikası müxtəlif siyasi platformalarda, o cümlədən dövlət başçısı səviyyəsində və ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların aparılmasına səylər göstərib. Təəssüflər olsun ki, böyük səylər və enerji sərf edilən bu danışqlar heç bir konkret nəticə verməyib. Təbii ki, sadəcə Ermənistan Respublikası tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalının davam etməsi ilə nəticələnib, 30 ilə yaxın aparılmış səmərəsiz danışıqlar və vasitəçilik Azərbaycana öz sözünü deməyə haqq qazandırıb.
Azərbaycan Respublikası, əslində, özünümüdafiə hüququndan istifadəsinə Ermənistanın hücumundan sonra 1992-ci ilin yayında başladı. Daha sonra atəşkəs razılaşmasına əsasən döyüşlərin dayandırılması faktı yalnız o deməkdir ki, bugünkü vəziyyətin dəyərləndirilməsi ilkin özünümüdafiə hüququna qayıdışdan deyil, onun əvvəlki tətbiqinin bərpasından başlayır.
Silahlı hücuma məruz qalan Azərbaycan Respublikası özünümüdafiə hüququnundan istifadə etmək haqqını özündə saxlayır və danışıqların uzadılmasının mənasız olduğu aydın olan kimi həmin hüquqdan tam sərbəst şəkildə istifadə edə bilər.
Özünümüdafiə hüququnun müddəti silahlı hücumun mahiyyəti ilə müəyyən edilir. Odur ki, hücuma məruz qalmış dövlət hücumun davam etdiyi müddətdə ona cavab vermək hüququna malikdir.
















































































































































