Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov təqdirəlayiq addım atıb.
Polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat məbləğində pulu Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib.
“Newpost.az” xəbər verir ki, bununla bağlı tanınmış müğənni Roza Zərgərli öz şəxsi “Instagram” səhifəsində paylaşım edib.
Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib:
“Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”















































































































































