İyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək.
Bu sözləri iyunun 11-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, həmin gün saat 15:00-da ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190” tipli təyyarələr ilə baş tutacaq. Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturması təmin olunacaq.
Naxçıvana gedib-gələnlər karantinə alınmayacaq
Eldar Hacıyev bildirib ki, Bakı-Naxçıvan-Bakı aviareysinə buraxılış da 48 saat qüvvədə olacaq arayış (koronavirusun aşkar olunmaması barədə) əsasında həyata keçiriləcək”.
“Çox güman ki, bu reysdən istifadə edənlər karantinə alınmayacaq”, – deyə o, qeyd edib.