Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.
“Newpost.az” xəbər veriri ki, mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.
Yaqut Qarayeva öz çıxışında son günlər nəinki ictimai nəqliyyatda, eləcə də Operativ Qərərgah tərəfindən müəyyən edilmiş digər qapalı ərazilərdə vətəndaşlar tərəfindən qoruyucu maskalardan istifadə tələbinə tam riayət olunduğunun şahidi oluruq deyə vurğulayıb. O, buna görə də vətəndaşlara təşəkkür edib.