İsveç mediasında gedən erməni mövqeyini əks etdirən məqalələr bu ölkədə yaşayan azərbaycanlıların qəzəbinə səbəb olmuşdur. Bu məqalələrdən biri də erməni koalisiyasından ibarət olan İsveç Parlamentinin 3 deputatı (biri erməni əsilli olmaqla digər nümayəndələr ermeni diasporasını təmsil edənlərdir) tərəfindən yazılmışdır.
Həmin yazılara cavab olaraq, “SUAZ – İsveç – Azərbaycan Gənclər Təşkilatı”nın dəstəyi ilə İsveçin tanınmış “Aftonbladet” mediasında “Ermənistan qoşunlarını geri çəkməlidir” başlıqlı məqalə dərc etdirilmişdir.
“Newpost.az”ın İsveçdə olan xüsusi müxbirinin verdiyi məlumata görə məqalənin müəllifi, sözügedən təşkilatın sədri – Mahirə Muxtarova məqalədə ermənilərin xalqımıza qarşı törətdiyi təxribatlar, soyqırımlar və digər aqressiyalar barədə məlumat verib.
Məqalədə Qarabağ Konflikti ilə bağlı faktlarla yanaşı, müəllif özünün Kəlbəcərdən olmasını və 27 il vətən həsrəti çəkdiyini də vurğulayıb.
Bizlər də bu maarifləndirici işin ərsəyə gəlməsində əməyi olan Allahverdi Veridizadəyə, “SUAZ – İsveç – Azərbaycan Gənclər Təşkilatı”nın katibinə öz təşəkkürümüzü bildiririk.