Mütləq Döyüş Çempionatının (UFC) çempionu rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Qeyci arasında döyüşün bu ilin sentyabrında keçirilməsi planlaşdırılır.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya və Amerikalı idmançının qarşılaşacağı UFC 253 turniri sentyabrın 19-da Las Veqasda və ya Abu Dabidə keçiriləcək.
Xatırladaq ki, 31 yaşlı H.Nurməhəmmədov qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 görüşdə bir dəfə də olsun məğlubiyyətə uğramayıb. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Qeyci isə karyerası ərzində keçirdiyi 22 döyüşdə qalib gəlib, 2 qarşılaşmada məğlub olub.