Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
“Newpost.az” xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
***
Saat 10:26
Türkiyə Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir.
“Newpost.az” xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi səhifəsində qeyd edilir.
“Cənab nazirimiz 6 oktyabr 2020-ci il tarixində Azərbaycana işgüzar səfər edəcək.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi nəzərdə tutulan nazir həmkarı Ceyhun Bayramov ilə də Yuxarı Qarabağdakı son vəziyyət, mövcud regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparacaq”, – deyə mətndə bildirilir.