Gürcüstanlı musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər. Onlar bir araya gələrək, “Ayrılıq” mahnısını ifa ediblər: “Bu ölkə, hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur. Sevgili Azərbaycan, bu mahnı bizdən azərbaycanlı bacı-qardaşlarımıza gəlsin”.