Ermənistanın “GeoMining Gold” MMC şirkətinin bütün əməkdaşları Ermənistana təcili təxliyyə olunub.
“Newpost.az” xəbər verir ki, eyni zamanda Erməninstanın Kəlbəcərlə sərhəddə yerləşən Vardenis rayonunun Geharkunik bölgəsindəki Zod mədənində də işlər dayandırılıb, bütün işçilər təxliyyə olunub.
Bu, ordumuzun Murovdağı ələ keçirməsi, Ömər və Güzgü aşırımlarına tam nəzarət etməsi ilə bağlıdır.
Nəticədə Ermənistanın Vardenis rayonundan Kəlbəcərə gedən yol da əsgərlərimizin atış nəzarətinə düşüb.