Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 5 013 təşkil edib.
“Newpost.az” “AZƏRTAC”a istinadən xəbər verir ki, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 339 876-dır.
Qeyd edək ki, Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7 553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4 149-dur.
Hazırda 3 316 aktiv koronavirus xəstəsinin 155-i reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.