Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda tam hərəkət qadağası tətbiq edilib.
İyunun 6-dan 8-dək insanlara küçəyə çıxmaq qadağan edilib, nəqliyyat və mağazaların fəaliyyəti dayandırılıb. Bu tədbirlər Azərbaycanda koronavirusa yoluxma sürətinin azaldılması məqsədilə həyata keçirilir.
“Newpost.az”ın elektron ünvanına daxil olan və şəhərin müxtəlif ərazilərindən lentə alınmış fotoşəkilləri sizlərlə paylaşmaq istədik.
















































































































































