Havaların quraqlıq keçməsi, əkin sahələrinin vaxtında suvarılması, lazımi aqrotexniki qulluğun göstərilməsi nəticəsində rayonda çəltik yığımına başlanılıb.
“Newpost.az” xəbər verir ki, rayonun 21 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazisinə daxil olan 30 kənddə 617 hektar ərazidə çəltik məhsulu yetişdirilmişdir.
Çəltiyin vaxtında yığılması üçün tarlalara kifayət qədər kombayn və nəqliyyat vasitələri cəlb edilib.
Çəltik yığımı davam edir.