Tanınmış aparıcı Lalə Azərtaş bu gün ATV telekanalında sonuncu efirinə çıxıb.
“Newpost.az” Axşam.az-a istinadən xəbər verir ki, aparıcı kollektivlə keçirilən vida görüşü zamanı göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Lalə Azərtaş 18 ildir ATV-də çalışırdı. O, bundan sonra fəaliyyətini “Xəzər” telekanalında davam etdirəcək. Aparıcı ATV-dən ayrılmasının səbəblərini gizli saxlayıb.