Sabirabad Gənclər İdman İdarəsinin keçmiş baş əməkdaşı Rauf Əsədov intihar edib.
“Newpost.az” xəbər verir ki, 10 gün öncə işdən çıxarılan 1989-cu il təvəllüdlü R.Əsədov intihardan əvvəl sosial şəbəkədə paylaşım edib. O, həyat yoldaşı və oğlundan üzr istəyib:
“Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək. Yox çox çətindir Çox!
Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içində nələr çəkdiyini bilməz. Heç kim sənin nələrlə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər…
Həyatda “bağışla” deyəcəyim iki insan var: həyat yoldaşım və oğlum. Bağışlayın məni, Sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni, bağışla məni. Üzülmə, dik dur, Romana görə dik dur.
Bütün dostlarıma, birazdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə, məni asla qınamayın və pis olmayın deyirəm. Sən mənim həyatımsan, oğlum. Olduğun yer nəfəsdir mənə. Sən qolum-qanadımsan, oğlum.
Varlığın belə yaşamağa bəsdir mənə…
Bu sözləri hər gün dəyəcək qədər həyat dolu biriydim mən. Heyf, heç bir şey göründüyü kimi deyil… Əlvida!”.