Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.
“Newpost.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlət başçısı Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Bundan başqa, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verib.
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev tədbirdə iştirak edib.