Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
İzləyicilərimizin istəyini və bizə ünvanladıqları çoxsaylı sualları nəzərə alaraq, “Canlı ünsiyyət” layihəsinin növbəti qonağı qismində yenə Psixoloq/Konsultant Təhminə Çələbini dəvət etmişik.
Canlı yayım 8 sentyabr 2020-ci il tarixində saat 20:00-dan etibarən “newpost.az” instagram səhifəsində baş tutacaq. Təhminə Çələbi sizlərin öncədən və canlı yayım müddətində bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost.az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin rəy və ya mesaj bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.