Avqustun 26-da Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla Azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüşün baş tutacağı planlaşdırılır.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu avqustun 20-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, Sergey Lavrovun dəvəti ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiya Federasiyasına rəsmi səfər edəcək.
İki ölkənin xarici işlər orqanlarının rəhbərləri arasında regional və beynəlxalq gündəliyə aid geniş məsələlərin müzakirəsi planlaşdırılır.
Gündəliyə Dağlıq Qarabağ münaqişəsi də daxildir. Bununla yanaşı qarşılıqlı sərhədlərin açılması məsələsi müzakirə edilə bilər.