AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev həbs edilib.
“Newpost.az” APA-ya istinadən xəbər verir ki, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib.
Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.