Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşına jest etməkdə davam edir.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kıvanç Tatlıtuğ Bodruma investisiya qoymaqda davam edir. Son reklam sazişindən 1 milyon avro qazanan oyunçunun dizayner həyat yoldaşı Başak Dizer üçün onun Bodrumda bir mağaza icarəyə götürdüyü iddia edililir. Mağazanın icarəyə götürülməsinin səbəbi butiki olan Başak Dizerin burada markasının bir filialını açmaq istəməsidir. Həmin mağazanın aylıq icarə haqqı təxminən 20 min türk lirəsi (4 636 AZN) təşkil edir.
Hazırda cütlük Tilkiçik körfəzindəki lüks bir villada tətillərini davam etdirirlər.














































































































































