“Newpost.az” xəbər portalının instagram səhifəsində (newpost.az) canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu gün efirə gedən buraxılışı “Bakı Gənclər Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Sözügedən yayım cəmiyyətimizin ən aktual mövzularından birinə həsr edilib. Mövzu “Müasir texnologiyanın gözlərə təsiri” olub. Qonaq qismində isə tanınmış oftalmoloq həkim Gövhər Əliyeva dəvət edilib.
Canlı yayımı giriş sözü ilə açan moderator Nurlan Şakiroğlu ilk öncə layihənin əsas məqsədi barədə izləyicilərə ətraflı məlumat verib və daha sonra həmtəşkilatçı kimi “Bakı Gənclər Mərkəzi”nə, şəxsən onun direktoru Nərgiz Babayevaya öz təşəkkürünü bildirib.
Daha sonra həkim Gövhər Əliyeva izləyiciləri salamlayaraq canlı yayıma uğurlar arzulayıb.
Sonra izləyicilər tərəfindən ünvanlanmış bir-birindən maraqlı suallar həkim tərəfindən əhatəli şəkildə cavablandırılıb.
Sonda moderator Nurlan Şakiroğlu və həkim Gövhər Əliyeva izləyicilərə həm verilən maraqlı suallara, həm də layihəyə göstərdikləri yüksək marağa görə təşəkkür ediblər.
Qeyd edək ki, canlı yayıma qoşulma və həkimə ünvanlanan suallar baxımından “Bakı Gənclər Mərkəzi”nin cəlb etdiyi gənclər xüsusi fəallıq nümayiş etdiriblər.
“Bakı Gənclər Mərkəzi”nin həmtəşkilatçılığı ilə bu cür maarifləndirici layihələrin gələcəkdə də davam etdirilməsi diqqətə çatdırılıb.
















































































































































