Əsas səhifəCəmiyyətTanınmış oftalmoloq həkim Gövhər Əliyeva “Müasir texnologiyanın gözlərə təsiri” mövzusunda izləyicilərin suallarını instagramda canlı olaraq cavablandıracaq
Tanınmış oftalmoloq həkim Gövhər Əliyeva “Müasir texnologiyanın gözlərə təsiri” mövzusunda izləyicilərin suallarını instagramda canlı olaraq cavablandıracaq
Əziz oxucularımız və sosial şəbəkə izləyicilərimiz!
“Newpost.az” xəbər portalı “Canlı ünsiyyət” layihəsinin bu həftə nəzərdə tutulan canlı yayımını “Bakı Gənclər Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirəcəkdir. Layihə ən aktual mövzulardan birinə həsr edilib. Mövzumuz “Müasir texnologiyanın gözlərə təsidi”dir. Qonaq qismində isə tanınmış oftalmoloq həkim Gövhər Əliyevanı dəvət etmişik.
Canlı yayım 21 avqust 2020-ci il tarixində saat 20:00-dan etibarən “newpost.az” instagram səhifəsində baş tutacaq. Gövhər Əliyeva sizlərin öncədən bizə ünvanlayacağınız sualları cavablandıracaq.
Suallarınızı rəsmi instagram səhifəmizdə (newpost.az) paylaşımın rəy və ya mesaj bölməsinə yaza bilərsiniz.
Qeyd: Canlı yayım müddətində izləyicilərimiz səhifənin mesaj bölməsinə həm öz fikirlərini, həm də əlavə suallarını ünvanlaya bilərlər.