“Newpost.az” xəbər portalının instagram səhifəsində (newpost.az) canlı olaraq yayımlanan “Canlı ünsiyyət” layihəsinin bu gün efirə gedən buraxılışı Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Sözügedən yayım son dövrlərin ən aktual mövzusuna həsr edilib. Mövzu “Koronavirusdan necə qorunmalı, KT müayinəsinin üstün və zəif cəhətləri” olub. Qonaq qismində isə tanınmış Radioloq həkim İlahə Hüseynzadə dəvət edilib.
Canlı yayımı giriş sözü ilə açan moderator Nurlan Şakiroğlu ilk öncə layihənin əsas məqsədi barədə izləyicilərə ətraflı məlumat verib və daha sonra həmtəşkilatçı kimi Gənclər və İdman Nazirliyinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə, şəxsən idarənin rəisi Mikayıl Cəfərzadəyə, eləcə də gənclərin layihəyə cəlb olunmasında yaxından dəstək olan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya öz təşəkkürünü bildirib.
Daha sonra Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və həkim İlahə Hüseynzadə izləyiciləri salamlayaraq canlı yayıma uğurlar arzulayıblar.
Sonra izləyicilər tərəfindən ünvanlanmış bir-birindən maraqlı suallar həkim tərəfindən əhatəli şəkildə cavablandırılıb.
Sonda moderator Nurlan Şakiroğlu, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və həkim İlahə Hüseynzadə izləyicilərə həm verilən maraqlı suallara, həm də layihəyə göstərdikləri yüksək marağa görə təşəkkür ediblər.
Qeyd edək ki, canlı yayıma qoşulma və həkimə ünvanlanan suallar baxımından Lənkəran şəhər gəncləri xüsusi fəallıq nümayiş etdiriblər.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin həmtəşkilatçılığı ilə bu cür maarifləndirici layihələrin gələcəkdə də davam etdirilməsi diqqətə çatdırılıb.
















































































































































