“Əgər insanlar qoyulan tələblərə əməl etməsə, yumşaldılmaya gedilməsə belə, koronavirusa yoluxma sayı arta bilər”.
“Newpost.az” xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, qarşıdan payız fəsli, soyuq aylar gəlir: “Viruslar da soyuq temperatura dözümlü olur. Uzun müddət xarici mühitdə qala bilir. Yəqin ki, bunun da yoluxmalara təsiri olacaq. Bunlar epidemiyanın güclənməsinə səbəb olan faktorlardan biri ola bilər.
Vətəndaşlara tövsiyələrimiz dəyişilməz olaraq qalır. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qaydalara əməl etsinlər. Başqa heç nə tələb olunmur. Onlara əməl olunsa, hamımızın arzuladığı yumşaldılmalar daha tez və qalıcı olar”.