Bu gün Bakı Gənclər Mərkəzi mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə aksiya həyata keçirdi.
“Newpost.az” xəbər verir ki, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva “Heydər Əliyev parkı”nın işçilərini bayram münasibətilə təbrik etdi. Daha sonra Bakı Gənclər Mərkəzinin könüllüləri hazırlanmış bayram sovqatlarını onlara təqdim etdilər.
Müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir.
















































































































































