Xəbər verdiyimiz kimi bu gün İngiltərənin paytaxtı London şəhərində yenidən Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçirilməyə başlayıb.
“Newpost.az” xəbər verir ki, aksiya BBC-nin binası önündə başlamış və hazırda iştirakçılar əllərində Azərbaycan bayraqları və üzərində Ermənistan əleyhinə müxtəlif yazılar əks olunmuş plakatlarla birlikdə Böyük Britaniya Parlamentinin önündə aksiyanı davam etdirilər.
Xatırladaq ki, hazırda iştirakçıların sayı 1 000 nəfərdən artıq təşkil edir.