Əziz Gənclər!
13-14 avqust 2020-ci il tarixlərində Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəhid General Polad Həşimovun xatirəsinə həsr edilmiş atıcılıq üzrə şəhər birinciliyi keçiriləcəkdir.
“Newpost.az” xəbər verir ki, yarış General Polad Həşimovun xatirəsinin yad edilməsi, atıcılıq idman növünə marağın artırılması, gənclərdə vətənpərvəlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədilə təşkil edilir
İştirak şərtləri:
• İştirakçılar 14-29 yaş aralığında gənclər olmalıdır;
•İştirak etmək istəyən hər bir şəxs sağlamlıq haqqında arayışı yarış günü hakimlər qrupuna təqdim etməlidir. (Əks halda iştirakçı yarışa buraxılmır);
• İştirak etmək istəyənlər 12 avqust saat 18:00-a qədər Naftalan şəhər Gənclər və İdman İdarəsində qeydiyyatdan keçməlidirlər.
Qaliblərin müəyyən edilməsi və mükaftlandırılması: Yarışda hər iştirakçı 3 atış həyata keçirir. Atış müəyyən olunmuş rəqəmli hədəfə 10 metr məsafədən atılır. Ən çox xal toplamış iştirakçı qalib sayılır. Xallar bərabər olarsa qalib tək-tək atışla müəyyən edilir. Yarışda I, II, III yerləri tutmuş iştirakçılar Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.















































































































































