“Nəsimi bələdiyyəsində yeni seçilmiş üzvlərin ilk iclası keçirilmişdir”- bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olmuşdur.
İclasda Əziz Zeynalov yekdilliklə sədr, Rahib Hacıyev, Ədviyyə Rəsullu və Söhrab Həşimov sədr müavinləri, Günay Səfərova isə bələdiyyənin katib seçilmişlər.
İclası isə ilk olaraq bələdiyyə üzvlərindən ən yaşlısı Xalid Kərimov aparıb.
Qeyd edək ki, Əziz Zeynalov bundan əvvəlki beşillikdə də ilk dəfə olaraq bələdiyyəyə rəhbərlik etmiş və ilkin dövrdə müəyyən çətinliklər olsa da, bu gün Nəsimi bələdiyyəsi paytaxtın fəal bələdiyyələr sırasındadır. Bununla yanaşı sədr Əziz Zeynalov secki prosesində 19.396 səs toplamaqla sıralamada birinci yeri tuta bilmişdir.