Rusiyalı milyarder Sergey Sarkisov Azərbaycan və Ermənistan diaspor nümayəndələrinə Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması ilə bağlı müraciət edib.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, müraciət Sarkisovlar ailəsi və “Ermənilər Məclisi” adından yayımlanıb.
Xatırladaq ki, Moskva DİN Baş İdarəsindən verilən məlumata görə, 23-25 iyul tarixlərində baş verən qarşıdurmalar zamanı 30-dan çox adam nəzarətə alınıb, onlardan bəziləri məhkəmə tərəfindən həbs olunaraq nəzarətə götürülüb.