AZAL 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək.
“Newpost.az” xəbər verir ki, AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə – cümə günləri yerinə yetiriləcəkdir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.
Uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.