Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, partiya fəalları və gənclər iştirak ediblər.
Görüş çərçivəsində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsindən geniş bəhs olunub, dahi şəxsiyyətin Azərbaycan xalqının və dövlətinin maraqları naminə olan misilsiz xidmətləri diqqətə çatdırılıb. Qeyd edilib ki, bu gün Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan bütün sferalar üzrə inkişafın zirvəsində qərarlaşıb. Ölkəmizin inkişafı, ərazi bütövlüyümüzün tam şəkildə təmin olunması möhtərəm Prezidentimizin həyata keçirdiyi bənzərsiz siyasətin təzahürüdür. Qürurverici haldır ki, bütün partiya fəalları “dəmir yumruq” kimi cənab İlham Əliyevin ətrafında sıx birləşməklə şanlı tariximizə və saysız-hesabsız nailiyyətlərə şahidlik edir.
YAP fəalları Ulu Öndərin siyasi irsinə və möhtərəm Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinə sadiq şəkildə fəaliyyət göstərdiklərini vurğulayaraq, əldə etdiyimiz uğurlara görə Ölkə rəhbəri, cənab prezident İlham Əliyevə minnətdarlıq hissini ifadə ediblər.
















































































































































