YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin və YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının bir qrup üzvləri iyul ayının 12-də Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində şəhid olmuş baş leytenant Rəşad Mahmudovun ailə üzvləri ilə görüşüblər.
“Newpost.az” xəbər verir ki, mərasimdə iştirak edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman xanım Yüzbaşova dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğı və diqqətdən danışıb, hərbiçi-şəhidimizin ailə üzvlərinə bir daha baş sağlığı vermişdir.



















































































































































